Bakıda avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil metronun “20 Yanvar” stansiyasının yaxınlığında yolu keçən 1977-ci il təvəllüdlü Oruclu Vuqar Səttar oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47