Bakıda avtomobil körpüdən tunelə aşıb - VİDEO

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil tunelə aşıb.

"Report"un məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Heydər Əliyev prospektindən Babək prospekti istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobil idarəetməni itirərək körpüdən tunelə aşıb. Nəticədə "KİA"nın sürücüsü yüngül xəsarət alıb.

Qəza nəticəsində həmçinin prospektdə tıxac yaranıb.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45