Bakıda avtomobil gənci vuraraq ağır xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əzizov Hüseyn Bayram oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

H.Əzizovun vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14