Bakıda avtomobil gənc qızı vuraraq xəsarət yetirib

Bakının Xəzər rayonunda 26 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü Kərimova Nigar Vəli qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39