Bakıda avtomobil ahıl qadını vuraraq xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Quliyeva Məlahət Əli qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.  

Ramin Şahbazov

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05