Bakıda avtomobil 82 yaşlı kişini vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə avqustun 30-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, Ruslan Qəşəm oğlu Baxışovun idarə etdiyi "Toyata Prius" markalı avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.
Faktla bağlı araşdırma aparılır.