Bakıda avtomobil 73 yaşlı qocanı vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda 73 yaşlı qocanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1950-ci il təvəllüdlü Məmmədov Vəhbi Qədir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47