Bakıda avtomobil 54 yaşlı qadını vuraraq öldürüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda avtomobil 54 yaşlı qadını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Şəfa" stadionu yaxınlığında yolu keçən 1963-cü il təvəllüdlü Mürsəlova Sürayyə Nəriman qızını "BMW" markalı avtomobil vurub. Nəticədə S.Mürsəlova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39