Bakıda avtomobil 47 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

A.Bakıxanov qəsəbəsində 1973-cü il təvəllüdlü Tağızadə Rza Soltanəli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki biləyin əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20