Bakıda avtomobil 30 yaşlı kişini vurub

Bakının Nərimanov rayonunda 30 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü Rüstəmli Səbuhi Azər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər