Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Xasıyev Xəyalə Elşən qızı yolu keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.