Bakıda avtomobil gənc qızı vuraraq xəsarət yetirib

Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Bayıl qəsəbəsində 1998-ci il təvəllüdlü Salayeva Şəms Ağanəzər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın və ətrafların sınığı diaqnozları qoyulub.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17