Bakıda ardıcıl iki yol qəzası baş verib

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub.

Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41