Bakıda ana və qızı yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zaqulbada sürücünün anidən idarəetməni itirməsi səbəbindən 2019-cu il təvəllüdlü Usubova Zeynəb və 1982-ci il təvəllüdlü Usubova Gövhər Xanoğlan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Onlara bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər