Bakıda ana və övladı yol qəzasında xəsarət alıblar

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1989-cu il təvəllüdlü Ömərova Gülçiçək Mətləb qızı və onun övladı 2009-cu il təvəllüdlü Ömərova Zəhra Sərvan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47