Bakıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. 

Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. 

Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47