Bakıda 9 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xəzər rayonununda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Şağan qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Z.Eminovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47