Bakıda 8 yaşlı uşaq kəsilmiş-deşilmiş xəsarətləri alıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda 8 yaşlı uşaq kəsilmiş-deşilmiş xəsarətləri alıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası yaxınlığında qeydə alınıb.

2009-cu il təvəllüdlü Abdullayev Nəsib Nadir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, polis əməkdaşlarına ilkin ifadəsində bədəninin şüşə ilə kəsildiyini deyib. Lakin polis onun bıçaq xəsarətləri aldığını müəyyən edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47