Bakıda 69 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xəzər rayonunda 69 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1954-cü il təvəllüdlü Muradova Həqiqət Qulam qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47