Bakıda 66 yaşlı qadını avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Günəşli qəsəbəsində yolu keçən 1956-cı il təvəllüdlü Cavadlı Gülşən Cavad qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər