Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Qala qəsəbəsində iki minik avtomobilinin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Cabbarov Ədalət Əhəd oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması diaqnozu qoyulub.