Bakıda 6 nəfər dəm qazından zəhərlənib

Bakının ayrı-ayrı rayonlarında dəm qazından zəhərlənmə hadisələri baş verib.

"Report"un məlumatına görə, Yasamal rayonunda 1996-cı il təvəllüdlü Hüseynova Sevinc Qəni qızı, 2008-ci il təvəllüdlü Rəsulova Ayla Rəşad qızı, Xəzər rayonunda 1987-ci il təvəllüdlü Yusubova Gülnar Hamlet qızı, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1997-ci il təvəllüdlü Vəliyev Ülvi Şahverdi oğlu, Binəqədi rayonunda 2000-ci il təvəllüdlü Məmmədli Anar Xəyal oğlu, Nəsimi rayonunda 2003-cü il təvəllüdlü Rəsulzadə Nərmin Rövşən qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34