Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Şirvanova Südabə Rəvva qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qasıq sümüyünün qapalı-qəlpəli sınığı diaqnozu qoyulub.