Bakıda 56 yaşlı kişi itkin düşüb.
"Report"un məlumatına görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 185-də yaşayan 1967-ci il təvəllüdlü Cəfərli Murad Allahverdi oğlu fevralın 7-i saat 09:30 radələrində yaşadığı ünvandan çıxaraq gedib, geri qayıtmayaraq itkin düşüb.
Faktla bağlı Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinda araşdırma aparılır.