Bakıda 52 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1971-ci il təvəllüdlü Daşdəmirov Rail Əbdülbağı oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47