Bakı. 27 iyul. REPORT.AZ/ Qaradağ rayonunun Sahil qəsəbəsində avtomobil Bakı şəhər sakini, 5 yaşlı Nuran Əlini vurub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, azyaşlı xəstəxanaya yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsi (RPİ) avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.