Bakıda 49 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 49 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report"un məlumatına görə, yolu keçən 1973-cü il təvəllüdlü Əmirquliyev Bəxtiyar Əmirqulu oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər