Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Xətai rayonunda 40 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1984-cü il təvəllüdlü Məmmədov Toğrul Elçin oğlunun idarə etdiyi motosiklet digər hərəkətdə olan minik avtomobili ilə toqquşub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47