Bakıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2019-cu il təvəllüdlü Şükürlü Ayan Elməddin qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər