Bakıda 39 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə A.Salamzadə küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Zamiq Kazımov bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Z.Kazımov reanimasiyaya yerləşdirilib.

Digər xəbərlər