Bakıda avtomobil 37 yaşlı kişini vurdu

Bakıda piyadanı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Seyfullayev Samir Salman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma diaqnozu qoyulub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14