Bakıda 36 yaşlı kişi bulvardakı saat qülləsinə çıxaraq intihara cəhd edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib.

"Report"un xəbərinə görə, hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki saat qülləsinə çıxıb. Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti Bölüyünün əməkdaşları intiharın qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47