Bakıda 33 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü İbadov Emin yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər