Bakıda 33 yaşlı kişi yaşadığı evin qarşısında bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Cəfərov Nicat Akif oğlu yaşadığı evin qarşısında bıçaqlanıb.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarı və kürək nahiyəsindən 2 yerdə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47