Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 32 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Nəbiyeva İradə Məhəmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14