Bakıda 32 yaşlı qadını avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Rzayeva Aytekin Xankişi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46