Bakıda intihara cəhd hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 1988-ci il təvəllüdlü Məmmədov Əli Eldar oğlu özünün qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.