Bakıda 31 yaşlı qadın yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1989-cu il təvəllüdlü Quliyeva Şahanə Ayaz qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02