Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İbrahimov Məhərrəm Asif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol kürək nahiyəsinin və sağ budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50