Bakıda 30 yaşlı kişi intihara cəhd edib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində 1992-ci il təvəllüdlü Cahangirov Valeh Vidadi oğlu yaşadığı mənzildə çəkiclə özünə xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol alın- təpə nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.