Bakıda "ASAN Xidmət" Mərkəzində tanışı ilə görüşməyə gedən şəxs itkin düşüb

Bakıda 28 yaşlı kişi itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 5-də paytaxtın Xəzər rayonu, Albalı yaşayış massivində baş verib.

Belə ki, 1991-ci il təvəllüdülü Vasif Hacıyev yaşadığı mənzildən çıxıb və Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "ASAN Xidmət" Mərkəzində Xədicə adlı tanışı ilə görüşüb. O, bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər