Bakıda 27 yaşlı gənc bıçaqlanıb

Bakının Suraxanı rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Bulbülə qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəhmanov Elşən Baxış oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48