Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb

Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18