Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ yolunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Bağırov Nasif Nəsimi oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.