Bakıda 23 yaşlı gəncin başına dam örtüyü düşüb

Bakıda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlunun başına dam örtüyü olan konstruksiya düşüb. Nəticədə gənc ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb, ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48