Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirilib - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 03:54

Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Şuşa" restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.

Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.  

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05