Bakıda 18 yaşlı gənc oğlan bıçaqlanıb

Bakının Nərimanov rayonunun Faiq Səfərov küçəsində bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 2002-ci il təvəllüdlü Manaflı Tacəddin İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata alınıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48