Bakıda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
2005-ci il təvəllüdlü Musayev Yaşar Əli oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Hadisə zamanı xəsarət alan sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.