Bakının Xətai rayonunda 15 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil 2008-ci il təvəllüdlü Musayev Elşad Vidadi oğlunun idarə etdiyi velosipedlə toqquşub.
Hadisə zamanı xəsarət alan E.Musayev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Fakt araşdırılır.