Bakıda 13 yaşlı yeniyetmə döyülüb

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyülərək xəsarət alıb.

"Report"un məlumatına görə, 2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb.

O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45